...

Fələstinlilərin öz dövlətlərini yaratmaq cəhdləri faydasızdır – "Ərəb Şərqi" Mərkəzinin rəhbəri

Siyasət Materials 20 Noyabr 2010 08:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir L.Hüseynova/

Londonun "Ərəb Şərqi" Mərkəzinin rəhbəri siyasi sabitliyin olmadığı regionda fələstinlilərin öz dövlətlərini yaratmaq cəhdlərini faydasız hesab edir.

"Fələstin dövlətinin vahid siyasi struktura və yaradıla biləcəyi əraziyə ehtiyacı var", - Trend-ə Londondan telefonla Səlim Zuheyr deyib.

Noyabrın əvvəlində muxtariyyətinin rəsmisi Sahib Arikat beynəlxalq ictimaiyyəti İsrailin yeni məskunlaşma layihələrinə Fələstin dövlətini paytaxtı Şərqi Qüdsdə yerləşməklə 1967-ci il sərhədlərində tanımaqla cavab verməyə çağırıb.

Bundan əvvəl İsrail Qüdsün şərq rayonlarında yəhudi ailələri üçün 1,3 min evin tikintisi planlarını elan edib, sonradan isə İordan çayının qərb sahilində ən böyük yerlərdən sayılan Arieldə 800 binanın ucaldılacağını bəyan edib.

"Fələstinlilər torpağımızda işğalı əbədiləşdirən İsrailin hərəkətlərinə laqeyd qalmamalıdırlar. İsrailin hərəkəti təcili olaraq Fələstin dövlətinin beynəlxalq tanınmasını tələb edir", - Arikat deyib.

Böyük Britaniyanın "Ərəb Şərqi" Mərkəzinin rəhbəri Zuheyr hesab edir ki, Fələstin dövlətinin yaradılması üçün ilk növbədə fələstinlilər arasında siyasi parçalanmanın qarşısını almaq lazımdır.

Zuheyrin sözlərinə görə, Fələstin dövlətinin yaradılması hazırda Fələstin Administrasiyasında olmayan böyük siyasi məsuliyyət tələb edir.

Fələstinin qarşı-qarşıya duran siyasi qüvvələri FƏTH və HƏMAS ayın əvvəlində Dəməşqdə danışıqlar aparsalar da, razılığa gələ bilməyiblər. Tərəflər təhlükəsizlikdən başqa, bütün məsələlər barədə razılığa gəliblə. Məlumatı MAAH informasiya agentliyi yayıb.

Bundan əvvəl Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasın bəyan etdiyi kimi, Fələstin xalqının birliyi Fələstinin bütün siyasi qüvvələri üçün prioritet olmalıdır.

"Onun sözlərinə görə, Fələstin xalqının paytaxtı Qüds olmaqla müstəqil dövlətin yaradılması ilə bağlı yüksək maraqları təhlükə yaradır. Siyasi arenada mürəkkəb vəziyyət milli maraqlara nail olmaq üçün maksimum birliyi və birləşməni tələb edir", - o əlavə edib. Bu barədə RİA Novosti məlumat verib.

Xəbər lenti

Xəbər lenti