...

Azərbaycanın müxalif Müsavat Partiyası bəzi partiyaları siyasi blokda birləşməyə çağırır

Siyasət Materials 22 Noyabr 2010 19:11 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası bəzi partiyaları siyasi blokda birləşməyə çağırır. Trend-in məlumatına görə, bu barədə Müsavat Divanın bazar ertəsi keçirlən toplantısında müzakirələr aparılıb.
Azərbaycanın müxalif Müsavat Partiyası bəzi partiyaları siyasi blokda birləşməyə çağırır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Müsavat Partiyası bəzi partiyaları siyasi blokda birləşməyə çağırır. Trend-in məlumatına görə, bu barədə Müsavat Divanın bazar ertəsi keçirlən toplantısında müzakirələr aparılıb.

Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Arif Hacılı Trend-ə bildirib ki, Divanın iclasında bu istiqamətdə müxtəlif təkliflər səsləndirilib. Azərbaycan Xalq Cəbhəsi (AXCP) Klassik Xalq Cəbhəsi (KXCP), Xalq (AXP), Azadlıq və Böyük Azərbaycan partiyalarının vahid siyasi blokda birləşməsi kmi təkliflər irəli sürülüb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib.

Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti