...

ATƏT-in fəaliyyətdə olan sədri və Azərbaycan XİN rəhbəri arasında telefon danışığı olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Noyabr 2010 19:25 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında Astanada keçiriləcək ATƏT sammiti ərəfəsində telefon danışığı olub.
ATƏT-in fəaliyyətdə olan sədri və Azərbaycan XİN rəhbəri arasında telefon danışığı olub (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra ətraflı məlumat əlavə olunub

Qazaxıstan, Astana, 29 noyabr /Trend, müxbir A.Maratov/

ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında Astanada keçiriləcək ATƏT sammiti ərəfəsində telefon danışığı olub. Bu barədə Qazaxıstan XİN-in mətbuat katibi İlyas Ömərov məlumat verib.

"Həmsöhbətlər ATƏT-in qarşıda duran sammitinə hazırlıq məsələsini müzakirə ediblər", - XİN-in mətbaut katibi deyib.

Onun sözlərinə görə, Saudabayev və Məmmədyarov bu yüksək səviyyəli görüşdə ATƏT-in gələcək inkişaf perspektivlərini müəyyən etməklə yanaşı, təşkilatın məsuliyyət məkanında təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsinə xeyli dərəcədə töhfə verəcək konkret qərarların qəbul edilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti