...

Nazarbayev Astanada ATƏT-in təhlükəsizlik institutunun açılmasını təklif edib

Siyasət Materials 1 Dekabr 2010 17:13 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ATƏT-in Astana sammitində bir sıra təkliflərlə çıxış edib.
Nazarbayev Astanada ATƏT-in təhlükəsizlik institutunun açılmasını təklif edib

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ATƏT-in Astana sammitində bir sıra təkliflərlə çıxış edib. Bu barədə Qazaxıstan paytaxtından Trend-in xüsusi müxbiri məlumat verir.

"Mən təklif edirəm ki, ATƏT-in təhlükəsizlik institutu açılsın və bu institut Astanada yerləşsin", - o deyib.

Prezident həmçinin ATƏT-in ekoloji forumunun keçirilməsi ideyasını da irəli sürüb.

"Bu institut Aral dənizinin xilası, Semipalatinsk atom poliqonunun nəticələrinin ləğvi kimi ekoloji pöroblemlərin həlli ilə məşğul ola bilər", - o deyib.

Xəbər lenti

Xəbər lenti