• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Azərbaycanın Meksikadakı səfiri Çilidə səfərdə olub

3 Dekabr 2010 10:48 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Çili Respublikasında işgüzar səfərdə olub.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Muxtarov Çili Xarici İşlər Nazirliyinin Avropa üzrə idarəsinin rəisi Daniel Karvayo Kepernik (Daniel Carvallo Cepernic) ilə görüşüb.

Görüş zamanı, Muxtarov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çili xarici işlər naziri Alfredo Moreno Çarmeyə ünvanladığı məktubu təqdim edib.

Tərəflər bir sıra sahələrdə ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib, o cümlədən mədəniyyət, təhsil, iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Karvayo qeyd edib ki, uzun illər ərzində siyasi stabilliyin mövcud olması nəticəsində Çili regionun ən aparıcı ticarət ölkələrindən biri olub və bu xüsusda, Çili Azərbaycanla münasibətlərin daha yüksək müstəviyə keçirilməsi və ticarət əlaqələrinin, həmçinin enerji sektorunda əməkdaşlığın inkişafında maraqlıdır.

Muxtarov Məmmədyarovun 2005-ci ildə Çiliyə, həmçinin Çilinin xarici siyasət rəhbərinin Bakıya səfərini xatırladaraq, bu səfərlərin iki ölkənin XİN-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, hüquqi bazanın genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüş zamanı, Muxtarov Çili Xarici İşlər Nazirliyinin rəsmilərinə Azərbaycanın tarixi, həmçinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı və etnik təmizləmə siyasəti, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında müvafiq xəritə əsasında məlumat verib.

Çiliyə işgüzar səfər çərçivəsində Muxtarov Çili Diplomatik Akademiyasının Direktoru Pablo Kabrera Qaete (Pablo Cabrera Gaete) ilə görüşüb.

Azərbaycana səfər etmək arzusunda olduğunu bildirən Kabrera təhsil sahəsində ikitərəfli hüquqi bazanın genişləndirilməsinin vacibliyini söyləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Albaniya Prezidenti: TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb
Siyasət 18:54
Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti insanların mütləq əksəriyyəti üçün gözəl təcrübə və örnəkdir – Bahar Muradova
Siyasət 17:54
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1 milyon manat ayrılıb
Siyasət 17:44
Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələri üçün Prezident təqaüdü artırılıb
Siyasət 17:31
ATƏT baş katibi: Azərbaycan və Ermənistanın əhalinin sülhə hazırlanmasına sadiqliyi çox ümidverici siqnaldır
Siyasət 16:30
Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
Siyasət 16:13
Xəbər lenti
Suriyada PARTLAYIŞ - 15 ölü, çoxsaylı yaralı var
Dünya xəbərləri 19:31
Ekspert: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
İqtisadiyyat 19:16
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar" siyahısında birinci olub
İdman 19:06
Albaniya Prezidenti: TAP İon-Adriatik qaz kəməri layihəsinin reallaşdırılması üçün zəmin yaradıb
Siyasət 18:54
3 qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur (FOTO/VİDEO)
Cəmiyyət 18:49
Sumqayıtda avtobus qəzasında yaralananlar arasında hamilə qadın da var
Cəmiyyət 18:40
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb (FOTO)
İqtisadiyyat 18:24
Qazaxıstanda hökumət istefaya getdi
Dünya xəbərləri 18:17
ADU ilə Türk-Qazax Universiteti arasında əməkdaşlıq müzakirə edilib (FOTO)
Cəmiyyət 18:12
Ən çox oxunanlar
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
Depressiya beyini 10 il tez qocaldır
Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Nəzər nöqtəsi
Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Bəhruz Quliyev: Radikal və dağıdıcı təfəkkürə malik müxalif liderlər üçün qanun hər zaman arxa planda olub.
Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir
Ekspert: Prezident İlham Əliyevin imzaladığı yeni fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri