...

MDB-nin Baş Qərargah rəisləri öz silahlı qüvvələrinin inteqrasiyasına tərəfdardırlar

Siyasət Materials 3 Dekabr 2010 16:33 (UTC +04:00)
Cümə günü Moskvada MDB-nin Baş Qərargah Rəisləri Komitəsinin üzvləri öz milli silahlı qüvvələrinin yaradılmasında inteqrasiyanın zəruriliyini bəyan ediblər.
MDB-nin Baş Qərargah rəisləri öz silahlı qüvvələrinin inteqrasiyasına tərəfdardırlar

Cümə günü Moskvada MDB-nin Baş Qərargah Rəisləri Komitəsinin üzvləri öz milli silahlı qüvvələrinin yaradılmasında inteqrasiyanın zəruriliyini bəyan ediblər. Bu barədə Baş Qərargah Rəisləri Komitəsinin iclası başa çatdıqdan sonra jurnalistlərə Rusiya Baş Qərargahının rəisi ordu generalı Nikolay Makarov deyib. Məlumatı RİA Novosti yazır.

"Bütün iştirakçılar bir-birinin səhvini təkrar etmədən, öz milli ordularının birlik çərçivəsində inteqrasiya prinsipləri əsasında yaradılmasının zəruriliyini qeyd ediblər", - o bildirib.

Makarov qeyd edib ki, indi Ukrayna, Qazaxıstan və Belarus silahlı qüvvələrində fəal islahatlar aparılır. İslahatlar prosesində bu ölkələr MDB məkanında sələflərinin etdikləri səhvlərdən yayına bilərlər.

General xüsusilə qeyd edib ki, hazırda bir dövlət tərəfindən yeni silah və texnika növlərinin yaradılması qeyri-mümkündür.

"Bu prosesə nə mane olur" sualını cavablandıran Makarov qeyd edib ki, "mane olan iqtisadiyyatda olan proseslərdir, uzun illər ölkələr öz silahlı qüvvələrini inteqrasiya etmədən, müstəqil şəkildə qurublar. İndi isə faktiki işlərə keçirlər".

Bununla bağlı o məlumat verib ki, iclasda inteqrasiya xarakterli ondan çox məsələyə, o cümlədən MDB ordularının mühəndis təminatı, rabitə sistemlərinin yaradılması və təkmilləşdirilməsi, hərbi-texniki əməkdaşlıq və topoqrafik geodeziya informasiyasının standartlaşdırılması və unifikasiyası haqqında məsələyə baxılıb.

Xəbər lenti

Xəbər lenti