...

Gürcüstan Parlamenti Azərbaycandakı səfirin namizədliyini səsə qoyacaq

Siyasət Materials 10 Dekabr 2010 10:43 (UTC +04:00)
Bu gün Gürcüstan Parlamenti plenar iclasda Gürcüstanın səkkiz dövlətdə fövqəladə və səlahiyyətli səfirləri vəzifəsinə namizədləri təsdiqləyəcək.
Gürcüstan Parlamenti Azərbaycandakı səfirin namizədliyini səsə qoyacaq

Gürcüstan, Tbilisi, 10 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Parlamenti plenar iclasda Gürcüstanın səkkiz dövlətdə fövqəladə və səlahiyyətli səfirləri vəzifəsinə namizədləri təsdiqləyəcək.

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə Teymuraz Şaraşenidze, İsveçrədə Zurab Çiaberaşvili, Polşa Respublikasında Nikolay Nikolozişvili, Slovakiya Respublikasında Aleksandr Nalbandov, İsveç Krallığında Konstantin Kavtaradze, Portuqaliya Respublikasında Georgi Qorqiladze, Misir Ərəb Respublikasında Arçil Dzuliaşvili təqdim olunublar. Avropa Şurasında daimi səfir vəzifəsinə Mamuka Jqenti təqdim edilib.

Parlamentin ötən plenar iclasında Gürcüstanın Ermənistanda, Braziliya Federativ Respublikasında və Meksika Birləşmiş Ştatlarında səfirləri təyin olunub.

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Teymuraz Şaraşenidze bundan əvvəl İstanbulda baş konsul vəzifəsini tutub.

Xəbər lenti

Xəbər lenti