...

Azərbaycan Prezidenti müdafiə sənayesinin bir sıra işçisini təltif edib

Siyasət Materials 12 Dekabr 2010 02:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Azərbaycan Prezidenti müdafiə sənayesinin bir sıra işçisini təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycanda müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilir:

"Tərəqqi" medalı ilə

Hümbətova Pakizə Ərşad qızı
İbadov Adəm Bəhlul oğlu
Məmmədov Usubağa Mirzəmməd oğlu
Nəzərov İlqar Ələkbər oğlu
Süleymanov Tofiq İbrahim oğlu
Şirinov Ramiz Şirin oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Əliyeva Minayə Ağaməşədi qızı
Mansurova Züleyxa Abdulsəməd qızı

Digər sərəncamla ölkədə müdafiə sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

"Əməkdar Dövlət Qulluqçusu"

Axundov Fikrət Xosrov oğlu
Süleymanov Füzuli Bəhmən oğlu

"Əməkdar Mühəndis"

Əhmədov Rövşən Ələkbər oğlu
Əliyev Məmmədsaleh Bayraməli oğlu

Xəbər lenti

Xəbər lenti