...

Azərbaycan və Cənubi Koreya qarşılıqlı faydalı əməkdaşlıq modeli hazırlamaq barədə razılığa gəliblər

Siyasət Materials 15 Dekabr 2010 09:22 (UTC +04:00)

Koreya Respublikası, Seul, 15 dekabr /Yonhap News Agency, müxbir Çan Cae-Sun, xüsusi olaraq Trend üçün/

Azərbaycan və Cənubi Koreya xarici işlər nazirləri qarşılıqlı faydalı əməkdaşlıq modeli hazırlamaq üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu barədə çərşənbə günü Koreya Respublikasının Xarici Işlər nazirliyi bildirib.

Çərşənbə axşamı Seula ikigünlük rəsmi səfərə gələn Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov öz koreyalı həmkarı Kim Sunq-Hvan ilə görüşüb. Səfər çərçivəsində Koreya Respublikasının Baş naziri Kim Hvan-Sik və Milli Yığıncağın spikeri Pak Xi-Te ilə görüşlər də planlaşdırılıb.

Nazirlər 1992-ci ildə diplomatik əlaqələrin qurulduğundan sonra iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin daim inkişaf etdiyindən məmnun olduqlarını bildiriblər.

Kim Sunq-Hvan Azərbaycanın Qafqaz-Xəzər regionun enerji, yük daşımalar və informasiya-kommunikasiya mərkəzinə çevrilmək üçün yol, dəmiryol və digər infrastrukturun inkişafında göstərdiyi səylərini yüksək qiymətləndirib. O, Məmmədyarovdan cənubi koreyalı şirkətlərin bu layihələrdə iştirakına yardım etməsini xahiş edib.

Kim qeyd edib ki, Azərbaycan inkişaf əməkdaşlığında Cənubi Koreyanın əsas tərəfdaşlarından biridir. Onun sözlərinə görə, Cənubi Koreya Azərbaycanda su qıtlığının aradan qaldırılmasına yönəlmiş su təmizlənməsi layihəsində iştirak etmək planlaşdırır.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin 20-illiyini qeyd etmək məqsədilə 2012-ci ildə müxtəlif mədəniyyət layihələrinin təşkil olunması barədə də razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti