...

Bakıda xidməti itlərin hazırlanması mərkəzi açılıb (FOTO)

Siyasət Materials 17 Dekabr 2010 13:43 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidməti cümə günü xidməti itlərin hazırlanması mərkəzini açıb. Açılış mərasimində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iştirak edib.
Bakıda xidməti itlərin hazırlanması mərkəzi açılıb (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir M.Əliyev /

Azərbaycan Dövlət Sərhəd Xidməti cümə günü xidməti itlərin hazırlanması mərkəzini açıb. Açılış mərasimində Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev iştirak edib.

Mərkəzdə sərhədlərin mühafizəsində, sərhədi qanunsuz keçən şəxslərin yaxalanmasında, terror aktlarının və təxribatların törədilməsi cəhdlərinin qarşısının alınmasında, xüsusi dövlət obyektlərinin müdafiəsində və s. sahələrdə heyvanlardan istifadə üzrə qabaqcıl təcrübə öyrəniləcək.

Yeni mərkəzdə yataqxana, yeməkxana, hamam, fotolaboratoriya, rentgen kabineti, baytarlıq məntəqəsi, heyvanların saxlanması üçün volyerlər (100 yaşlı və 58 kiçik itlər üçün) və təlim meydançaları yerləşir.

Xəbər lenti

Xəbər lenti