...

Türkmənistanın Xəzər üzrə xüsusi nümayəndəsi təyin edilib

Siyasət Materials 21 Dekabr 2010 15:17 (UTC +04:00)
Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri vəzifəsinə Murat Atacanov təyin edilib. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.
Türkmənistanın Xəzər üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkmənistan, Aşqabad, 21 dekabr /Trend, müxbir H.Həsənov/

Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri vəzifəsinə Murat Atacanov təyin edilib. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.

Bu barədə sərəncamı Prezident Qurbanqulu Berdiməhəmmədov imzalayıb. İdarənin əvvəlki rəhbəri Toylı Komekov başqa işə keçməsi ilə əlaqədar bu vəzifədən azad edilib.

Dövlət başçısı yarım il əvvəl Komekova "vəzifə səlahiyyətlərinin qənaətbəxş yerinə yetirilməməsi, yol verilən nöqsanlara" görə ciddi töhmət verib.

Türkmənistan Azərbaycan, Qazaxıstan, Rusiya və İranla yanaşı zəngin karbohidrogen və bioloji resurslara malik Xəzər dənizində həmsərhəddir. SSRİ-nin dağılmasından sonra su hövzəsinin hüquqi statusu ilə bağlı yeni sazişin qəbul edilməsi zərurəti yaranıb.

Beş Xəzəryanı dövlət konvensiyanın yalnız konsensusla qəbul edilə bilməsi barədə razılığa gəliblər. Buna qədər Sovet-İran müqavilələri ilə müəyyən edilən hüquqi rejimin fəaliyyəti davam edəcək.

Xəbər lenti

Xəbər lenti