...

Azərbaycanın hakim partiyası Müsavat Partiyasındakı istefaları parçalanmanın ilkin mərhələsi kimi qiymətləndirir

Siyasət Materials 6 Yanvar 2011 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası müxalif Müsavat Partiyasındakı istefaları parçalanmanın ilkin mərhələsi kimi qiymətləndirir.

"Müsavat Partiyasındakı istefalar çoxdan baş verməli idi. Çünki partiya daxilində heç bir islahat həyata keçirilmir, yeniliyə imkan verilmir. Bu baxımdan da orada dağılma, parçalanma və partiyadan uzaqlaşma labüddür. Mən hesab edirəm ki, yaxın vaxtlarda orada iki nəfərdən başqa heç kim qalmayacaq", - bunu cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Son dövrlər Azərbaycanın müxalif Müsavat Partiyasının dörd funksioneri - Məclis sədri Sülhəddin Əkbər, Divan üzvləri İbrahim İbrahimli, Adil QeybullaQabil Hüseynli partiyadan istefa veriblər.

Novruzov bildirib ki, partiyaya yeni gələn gənclərin potensialından istifadə olunmur və bir-iki nəfər partiyanı şəxsi obyektinə çevirib.

"İstefa verən insanlar bu proseslərə dözə bilməyib getdilər. Nə vaxta qədər bir neçə nəfərin nazı ilə oynamaq olar?" - Novruzov əlavə edib.

Müsavat Partiyasında funskionerlərin partiya sıralarını tərk etmək barədə qərarları təəssüflə qarşılanır.

"Təbii ki, Müsavatın rəhbər strukturlarında fəaliyyət göstərmiş şəxslərin partiya rəhbərliyindən getməsi bir itkidir. Düşünürəm ki, Müsavat Partiyasında bir yenilənmə prosesi gedir və biz çalışacağıq ki, Müsavat rəhbərliyini tərk edən funksionerin əvəzinə Müsavat üzvlüyündə uzun müddət olmuş, həm siyasi əqidəsinə, həm stabil əqidəli dünyagörüşünə, həm də indiki ağır şəraitdə mübarizə aparmaq qabiliyyətinə görə fərqlənən şəxslər gəlsin", - Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Hacılı öncə Trend-ə deyib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik, liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti