...

Müsavat Partiyasının Divanında qurultaya hazırlıq işləri müzakirə olunub

Siyasət Materials 17 Yanvar 2011 17:08 (UTC +04:00)
Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müsavat Partiyasının Divanında qurultaya hazırlıq işləri müzakirə olunub

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

İclasda Müsavat Gənclər Təşkilatının ötən həftə partiya qərargahında təşkil etdiyi "Müsavatçılıq və Gənclik" mövzusunda tədbirin yüksək səviyyədə keçirildiyi qeyd edilib.

Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağının 24 yanvar 2011-ci ildə keçirilməsi razılaşdırılıb.

İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunan məsələlər barədə məlumat verilib və palatanın sessiyasına hazırlıq işləri barədə fikir mübadiləsi aparılıb. 20 Yanvar günü Şəhidlər xiyabanının İctimai Palata üzvləri ilə birlikdə saat 14:00-da ziyarət edilməsi qərara alınıb.

Tunisdə baş verən hadisələrin müzakirəsi zamanı Divan avtoritar sistemlərdə ölkə əhalisinin haqsızlıqlara dözməyərək azadlıq uğrunda mübarizəyə qalxmasının və buna nail olmasının qarşısıalınmaz zərurət olduğunu qeyd edərək, bu işdə Tunis xalqının haqlı mübarizəsinə dəstək verdiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti