...

Türkiyə səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Siyasət Materials 19 Yanvar 2011 16:42 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Türkiyə səfiri 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Hacıyev/

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Bu barədə çərşənbə günü Trend-ə səfirliyin mətbuat xidmətindən məlumat veriblər.

"Azərbaycan xalqının yaşadığı ən faciəli günlərindən biri olan 1990-cı il yanvar ayının 20-də baş verən hadisələr nəticəsində həyatlarını itirən bütün azərbaycanlı bacı və qardaşlarımıza Allahdan rəhmət diləyirik", - başsağlığında qeyd olunub.

Səfir bildirib ki, müstəqillik uğrunda həyatını itirən 20 Yanvar şəhidlərinin əziz xatirəsi həmişə hörmətlə yad ediləcək.

"Dost və qardaş Azərbaycan xalqının kədərini ürəkdən paylaşır, bu kədərli hadisənin ildönümü münasibətilə azərbaycanlı bacı və qardaşlarımızla həmrəyliyimizi bir daha bildirirəm", - səfir deyib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Azərbaycan Baş Prokurorluğunun rəsmi məlumatına görə, istintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti