...

Azərbaycanda son parlament seçkiləri onun demokratiya yolunu tutduğunun əyani təsdiqi, demokratik dəyərlərə sadiqliyin daha bir ifadəsidir- azərbaycanlı deputat

Siyasət Materials 25 Yanvar 2011 02:00 (UTC +04:00)
Azərbaycanda son parlament seçkiləri ölkənin demokratiya yolunu tutduğunun əyani təsdiqi, demokratik dəyərlərə sadiqliyinin daha bir ifadəsidir. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov polşalı deputat Tadeus İvinski tərəfindən hazırlanmış "Azərbaycanda parlament seçkiləri haqqında hesabat"ın günün ikinci yarısında davam etdirilən müzakirələri zamanı deyib.
Azərbaycanda son parlament seçkiləri onun demokratiya yolunu tutduğunun  əyani təsdiqi, demokratik dəyərlərə sadiqliyin daha bir ifadəsidir- azərbaycanlı deputat

Fransa, Strasburq, 25 yanvar /Trend, müxbir A.Məhərrəmli/

Azərbaycanda son parlament seçkiləri ölkənin demokratiya yolunu tutduğunun əyani təsdiqi, demokratik dəyərlərə sadiqliyinin daha bir ifadəsidir. Trend-in məlumatına görə, bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov  polşalı deputat Tadeus İvinski tərəfindən hazırlanmış  "Azərbaycanda parlament seçkiləri haqqında hesabat"ın günün ikinci yarısında davam etdirilən müzakirələri zamanı deyib.

Azərbaycanlı deputat çıxışında AŞ-nin Azərbaycandakı parlament seçkilərində müşahidəçi olaraq iştirak etmiş bütün həmkarlarına minnətdarlığını bildirib və bunun Azərbaycan xalqı və dövlətinə demokratiya yolunda irəliyə getmək üçün göstərilən kömək kimi qiymətləndirib.

"Yanvarın 25-də Azərbaycanın AŞ-yə üzvlüyünün 10 ili tamam olur. Və 2011-ci ilin oktyabrında  Azərbaycan öz müstəqilliyinin 20 illiyini qeyd edəcək. Beləliklə, Azərbaycan bu müstəqilliyin tən yarısını AŞ ailəsində keçirib. Demokratik islahatlar, hüquqi dövlət quruculuğu, insan haqlarına hörmət baxımından hansı irəliləyişlərə nail olmuşuqsa, bunların hamısında AŞ-nin danılmaz rolu var. 70 il sovet rejimi kimi qapalı bir bir sistem içərisində mövcud olmaq məcburiyyətində qalmış ölkələrinsə, demokratiya yolundakı hər bir tərəqqisi xüsusi vurğulanmalı, ağır mirasdan azad olmaq üçün göstərdikləri səylər ayrıca dəyərləndirilməli, hələ tam qurtula bilmədikləri nöqsanlara ədalətlə, anlayışla yanaşılmalıdır", - Hüseynov deyib.

Millət vəkili Azərbaycanda müstəqillik dövründə 4 parlament seçkisinin keçirildiyini diqqətə çatdırıb.

"Azərbaycan müstəqillik dövründə 4 parlament seçkisi keçirib. Bütün bu seçkilərdə iştirak edən şəxs kimi deyə bilərəm ki, hər yeni seçkidə Azərbaycan vətəndaşlarının ictimai fəallığının nə qədər artığının, Azərbaycan dövlətinin seçkiləri beynəlxalq standartlara bir qədər də uyğunlaşdırmaq səmtində necə inadkar olduğunu görməmək mümkün deyil. Mən və nümayənədə heyətimizin digər üzvləri də bir sıra üzv ölkələrdə keçirilmiş parlament və prezident seçkilərini AŞ təmsilçisi olaraq müşahidə etmişik. Azərbaycanın uğurları bu böyük kontekstdə nəzərdən keçirilib, ayrı-ayrı ölkələrlə müqayisə edilərkən də açıq-aşkar duyulur", - Hüseynov bildirib.

Millət vəkili Azərbaycanın demokratiya yolunu tutduğunu  vurğulayıb.

"1994-cü ildə "Amerikanın səsi" radiosunun müxbiri kimi "Azərbaycanı AŞ-yə üzv yox, dəvətli qonaq statusu ilə qəbul etmək olarmı?" məsələsini araşdırmaq üçün Bakıya gəlmiş AŞPA ekspertlərinin Azərbaycanın o vaxtki dövlət başçısı Heydər Əliyevlə görüşünü izləyirdim. Həmin görüşdə Azərbaycan lideri "biz demokratiya yolunu seçmişik və nə qədər çətin imtahanlarla qarşılaşsaq da, niyyətimizdən dönməyəcəyik" söylədi. Eyni düşüncəni AŞPA kürsüsündən deputat olarkən də, Azərbaycana Prezident seçiləndən sonra İlham Əliyev də dəfələrlə bəyan edib. Azərbaycanda son parlament seçkiləri bu bəyanatların əyani təsdiqi, demokratik dəyərlərə sadiqliyin daha bir ifadəsi oldu. Biz bu gün bir daha elan edirik ki, Azərbaycan demokratiya yolu ilə sonacan gedəcək. Amma dünyada elə bir ölkə varmı ki, bu yolun sonuna gedib çatmış olduğunu iddia edə bilsin?", - Huseynov deyib.

Xəbər lenti

Xəbər lenti