...

Gürcüstan müsəlmanlarını öz dini ənənələrinə itaət etmək hüququndan məhrum etmək olmaz - Prezident

Siyasət Materials 26 Yanvar 2011 11:21 (UTC +04:00)
Gürcüstanda məscidlərin tikintisinə qadağa qoymaqla ərazilərimizdə yaşayan yüz minlərlə müsəlmanı ölkəmizin vətəndaşı olmaq hüququndan məhrum edirik. Bunu"Prezident xalqın suallarına cavab verir" layihəsi çərçivəsində PİK telekanalının birbaşa efirində Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib.
Gürcüstan müsəlmanlarını öz dini ənənələrinə itaət etmək hüququndan məhrum etmək olmaz - Prezident

Gürcüstan, Tbilisi, 26 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanda məscidlərin tikintisinə qadağa qoymaqla ərazilərimizdə yaşayan yüz minlərlə müsəlmanı ölkəmizin vətəndaşı olmaq hüququndan məhrum edirik. Bunu "Prezident xalqın suallarına cavab verir" layihəsi çərçivəsində PİK telekanalının birbaşa efirində Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib.

Onun sözlərinə görə, bu, yalnız dini məsələ deyil, çünki gürcülərin bir hissəsi müsəlmandır və onları öz dini ənənələrini qoruyb saxlamaq hüququndan məhrum edə bilməzlər.

"Populist şüarlar yaymaq və ona görə cavab verməmək asandır, lakin biz dövlətiksə, onda təbii ki, vətəndaşlarımıza onların dini və milli mənsubiyyətindən asılı olmayaraq, məsuliyyətli yanaşmalıyıq", - Saakaşvili deyib.

Prezidentin sözlərinə görə, Türkiyə tərəfi ilə razılaşmada heç bir qəbahət yoxdur. "Biz bir neçə məscid tikməyi və əvəzində Türkiyədə kilsələrin bərpa edilməsi barədə təklif etmişik və düşünürəm ki, bunda pis heç nə yoxdur", - o, bildirib.

Saakaşvili vurğulayıb ki, Qəhrəmanlar memorialına Gürcüstanın vahidliyi uğrunda vuruşan yəhudi və müsəlmanların adları həkk olunub. "Bu insanlar öz qanları ilə Gürcüstan vətəndaşı olmağa layiq olublar və heç kəsin bunu rədd etməyə hüququ yoxdur, traybalistlər və digər cəhalətpərəstlərin zamanı çoxdan keçib", - Gürcüstan Prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti