...

Hindistan Səfirliyi Bakıda Respublika gününü qeyd etdi

Siyasət Materials 27 Yanvar 2011 01:46 (UTC +04:00)
Çərşənbə günü Hindistanın Azərbaycandakı Səfirliyi Respublika gününü Bakıda qeyd etdi.
Hindistan Səfirliyi Bakıda Respublika gününü qeyd etdi

Azərbaycan, Bakı. 26 yanvar / Trend /

Çərşənbə günü Hindistanın Azərbaycandakı Səfirliyi Respublika gününü Bakıda qeyd etdi.

Hindistan səfiri Debnat Şou qonaqları salamlayıb sonra onlara müraciət etdi. "Mən xoşbəxtəm ki, ölkəmiz üçün bu mühüm günün qeyd olunması bayramını bütün tədbir iştirakçılarla bölüşürəm", - diplomat bildirib.

Azərbaycan Hindistan üçün həmişə gözəl dostluq, iqtisadi və mədəni əlaqələri inkişaf edən dəyərli tərəfdaş olmuşdur ", deyə səfir bildirib.

Azərbaycanın adından mərasimdə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov çıxış etdi. O, bayram münasibəti ilə Hindistan xalqını təbrik etdi və iki ölkə arasında dostluq münasibətlərinin inkişafında əmin olduğunu ifadə etdi.

Iki ölkə arasında iqtisadi əlaqələr uğurla inkişaf edir, Azərbaycan tərəfi bu əməkdaşlığın genişləndirilməsini davam edəcək, nazir bildirib. Bağırovun sözlərinə görə, onun həmsədirlik etdiyi  və yaxın zamanda Bakıda keçırıləcək iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası bu işdə öz töhvəsini verəcək.

Xəbər lenti

Xəbər lenti