...

Qonşularla, ilk növbədə Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetidir – XİN rəhbəri

Siyasət Materials 27 Yanvar 2011 13:50 (UTC +04:00)
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri qonşu ölkələrlə, ilk növbədə Rusiya ilə əlaqələrin möhkəmləndirilməsidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Russia Today" kanalının ərəb redaksiyasına verdyi müsahibəsində deyib.
Qonşularla, ilk növbədə Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetidir – XİN rəhbəri

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir  R.Hafizoğlu/

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri qonşu ölkələrlə, ilk növbədə Rusiya ilə əlaqələrin möhkəmləndirilməsidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Russia Today" kanalının ərəb redaksiyasına verdyi müsahibəsində deyib.

"Azərbaycan bu il müstəqilliyinin iyirmi illiyini qeyd edir və bu illər ərzində xarici siyasətimiz böyük uğurlara nail olub", - Məmmədyarov bildirib.

Nazirin sözlərinə görə, eyni zamanda, Azərbaycan qonşu ölkələrin də maraqlarını nəzərə alır.

"Bu il biz Rusiya ilə sərhədlərin delimitasiyası haqqında sənəd imzalamışıq və sənədin RF Dövlət Dumasında ratifikasiya olunmasını gözləyirik. Bu, ölkələrimiz arasındakı sərhəddə problemlərin aradan qaldırılmasına kömək edəcək", - o, deyib.

Azərbaycanla Rusiya arasında sərhədlərin delimitasiyası haqqında saziş ötən il noyabrın 18-də imzalanıb.

Xəbər lenti

Xəbər lenti