...

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin qış sessiyası keçiriləcək

Siyasət Materials 28 Yanvar 2011 13:52 (UTC +04:00)
Bakı şəhərində yanvarın 30-u - fevralın 6-da NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) növbəti qış sessiyası keçiriləcək. Qış sessiyası NATO-nun yeni strateji konsepsiyasına həsr olunacaq. Bu barədə Trend-ə cümə günü XİN-in mətbuat xidmətindən məlumat verilib.
Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin qış sessiyası keçiriləcək

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir S.Ağayeva/

Bakı şəhərində yanvarın 30-u - fevralın 6-da NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) növbəti qış sessiyası keçiriləcək. Qış sessiyası NATO-nun yeni strateji konsepsiyasına həsr olunacaq. Bu barədə Trend-ə cümə günü XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, sessiya ərzində NATO-nun strateji konsepsiyalarına tarixi yanaşma və onların qiymətləndirilməsi, cari təhlükəsizlik təhdidləri, NATO-nun yeni strateji konsepsiyası, NATO və tərəfdaşlıq münasibətləri və yeni strateji konsepsiyanın praktiki olaraq həyata keçirilmə imkanları müzakirə olunacaq.

Yanvarın 31-də qış sessiyasının açılış mərasimi keçiriləcək.

Açılış mərasimində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov, NATO-nun Azərbaycan üzrə təmas nöqtəsi səfirliyi kimi fəaliyyət göstərən Rumıniyanın Bakıdakı diplomatik nümayəndəliyinin rəhbəri Nikolay Urexe və NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəhbəri, general-mayor Branko Karlosun çıxışları nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti