...

Azərbaycanın müxalif Müsavat Partiyasının Naxçıvan MR təşkilatı funksionerlərin istefası ilə bağlı açıqlama yayıb

Siyasət Materials 29 Yanvar 2011 12:16 (UTC +04:00)
Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikası üzrə təşkilatı Şahbuz rayon təşkilatında istefa ilə bağlı açıqlama yayıb.
Azərbaycanın müxalif Müsavat Partiyasının Naxçıvan MR təşkilatı funksionerlərin istefası ilə bağlı açıqlama yayıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyasının Naxçıvan Muxtar Respublikası üzrə təşkilatı Şahbuz rayon təşkilatında istefa ilə bağlı açıqlama yayıb.

Müsavat Partiyasının Naxçıvan MR üzrə təşkilatının sədri Meydan Babayev şənbə günü Trend-ə bildirib ki, Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev və oğlu partiya sıralarından istefa verib.

Təşkilatın digər üzvləri isə istefa verməyib.

Babayev Şahbuz rayon təşkilatı sədrinin istefasının onun şəxsi işi ilə bağlı olduğunu bildirib.

Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev isə bəyanatında bildirib ki, son günlər Müsavat Partiyasında baş verən proseslərdən partiya rəhbərliyinin yürütdüyü siyasətin müsavatçılıq ideologiyası ilə zidd olduğu görünür. Bu səbəbdən də partiyadan istefa verib.

Son dövrlər Müsavat Partiyasının dörd funksioneri və Sumqayıt şəhər təşkilatının 15 üzvü bəyanat verərək partiyadan uzaqlaşıblar.

Xəbər lenti

Xəbər lenti