...

Rumıniyalı səfir NATO ilə Azərbaycanın sıx əməkdaşlığını alqışlayır

Siyasət Materials 31 Yanvar 2011 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Konyayeva/

NATO üçün Azərbaycan sıx əməkdaşlığının alyans tərəfindən alqışlandığı ölkədir. Trend-in məlumatına görə, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Nikilaye Ureke NATO Beynəlxalq Məktəbinin qış sessiyasında bildirib.

"NATO üçün Azərbaycan sıx əməkdaşlığının alyans tərəfindən alqışlandığı ölkədir", - Ureke deyib.

NATO ilə Azərbaycan arasında münasibətlər 1992-ci ildən Azərbaycanın Şimali Atlantika əməkdaşlığı Şurasına qoşulması ilə başlayıb. Əməkdaşlıq Azərbaycanın 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması ilə tədricən inkişaf etməyət başlayıb.

İslahatların keçirilməsinə dəstək göstərilməsi ilə yanaşı Azərbaycanın NATO ilə əməkdaşlığının ən mühüm məqsədlərindən biri ondan ibarətdir ki, sülhməramlı əməliyyatların və böhranlı şəraitlərdə əməliyyatların keçirilməsi zamanı ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyəti NATO ölkələri qüvvələrilə qarşılıqlı şəkildə inkişaf etsin. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda NATO sülhməramlı əməliyyatlarının keçirilməsinə dəstək göstərir.

Səfirin sözlərinə görə, ölkə adətən NATO-ya daxil olmaq arzusunu ifadə edir, təşkilat isə onun daxil olub-olmaması barədə qərar çıxarır. Azərbaycanla bağlı vəzıyyət isə bir qədər başqa cürdür.

O, bildirib ki, Rumıniya səfirliyi NATO-nun Azərbaycandakı nümayəndəliyi kimi iki məqsəd daşıyır. Birincisi, Azərbaycanı qurumun fəaliyyət və məqsədləri ilə tanış etmək; ikincisi, NATO ilə Azərbaycan arasında daha sıx əməkdaşlığın qurulmasına dəstək göstərmək.

Əməkdaşlığın əsas istiqamətlərindən biri informasiyanın əldə edilməsinin yaxşılaşdırılması və NATO və ölkənin blokla əməkdaşlığının faydası haqqında ictimaiyyətin məlumatının artırılmasından ibarətdir.

2006-cı ildə Azərbaycan və NATO rəsmən, Bakıda təşkilat barədə əsas məlumat mərkəzi olan Avroatlantika Mərkəzi açıblar.

2003-cü ildən başlayaraq, NATO Bakıda yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. Proqram ildən-ilə genişlənir və nəticədə 2005-ci ildə NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) yaradılıb. Seminarların mövzuları sırasına transatlantik enerji təhlükəsizliyi və regional təhlükəsizlik məsələləri daxil olub.

"Son iki il ərzində NISA NATO-nun Azərbaycanda ən aktiv alətinə çevrilib və onun fəaliyyəti alyansın rolunun dərk edilməsi üçün çox vacibdir", - Ureke qeyd edib.

Xəbər lenti

Xəbər lenti