...

Azərbaycan indoneziyalı diplomatlar üçün təqaüdlər təklif edir – səfirlik

Siyasət Materials 14 Fevral 2011 10:35 (UTC +04:00)
Azərbaycan Bakıda təhsil almaq üçün indoneziyalı diplomatlar və tələbələr üçün təqaüdlər təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İndoneziyanın "The Jakarta Post" nəşri xəbər verib.
Azərbaycan indoneziyalı diplomatlar üçün təqaüdlər təklif edir – səfirlik

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Bakıda təhsil almaq üçün indoneziyalı diplomatlar və tələbələr üçün təqaüdlər təklif edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İndoneziyanın "The Jakarta Post" nəşri xəbər verib.

"Azərbaycan Diplomatiya Akademiyası indoneziyalı tələbələr və diplomatlar üçün 2011-2013-cü illər üzrə magist və bakalavr proqramları üzrə təqaüdlər təklif edir", - Azərbaycanın Cakartadakı səfirliyi adıçəkilən nəşrə bildirib.

Ərizələrin verilməsinin son tarixi 1 aprel 2011-ci ildir. Daha ətraflı məlumatları www.ada.edu.az saytından əldə etmək olar.

Azərbaycan 1960-cı illərdə nüfuzlu Azərbaycan Neft Akademiyasında təhsil almaq üçün indoneziyalı tələbələrə bir çox təqaüdlər təklif edib.

İndoneziya cənub-şərqi Asiyada və Okeaniyada dövlətdir. Onun tərkibinə demək olar 18000 ada daxildir. Əhalisinin sayına görə dünyada dördüncü ən böyük ölkə və ən böyük müsəlman dövlətidir.

Xəbər lenti

Xəbər lenti