Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Türkiyənin ədliyyə nazirinin Bakıya səfərinin tarixi məlum olub.
Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyənin ədliyyə naziri Sadullah Ergin fevralın 16-da axşam Bakıya gələcək.
Nazir fevralın 17-dən rəsmi görüşlərə başlayacaq.
Ergin Azərbaycana ədliyyə naziri Fikrət Məmmədovun dəvəti ilə gəlir.