...

Bitərəf deputatların MSK-ya göndərəcəkləri nümayəndələrin namizədliyi müəyyən edilib

Siyasət Materials 14 Fevral 2011 15:01 (UTC +04:00)
Milli Məclisdə bitərəf deputatların Mərkəzi Seçki Komissiyasına (MSK) göndərəcəkləri nümayəndələrin namizədliyi təsdiq olunub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun bazar ertəsi Trend-ə verdiyi məlumata görə, bu məqsədlə bazar ertəsi bitərəflərin nümayəndəsi, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun sədrliyi ilə iclas keçirilib.
Bitərəf deputatların MSK-ya göndərəcəkləri nümayəndələrin namizədliyi müəyyən edilib

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir T.Hacıyev/

Milli Məclisdə bitərəf deputatların Mərkəzi Seçki Komissiyasına (MSK) göndərəcəkləri nümayəndələrin namizədliyi təsdiq olunub. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun bazar ertəsi Trend-ə verdiyi məlumata görə, bu məqsədlə bazar ertəsi bitərəflərin nümayəndəsi, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun sədrliyi ilə iclas keçirilib.

İclası giriş sözü ilə açan Ələsgərov MSK-nın fəaliyyətinin beynəlxalq stadartlara uyğun olaraq həyata keçirildiyini deyib.

"Ötən ilin noyabrında baş tutan seçkilər yüksək səviyyədə keçirilib və lazımi maarifləndirmə işləri aparılıb", - Ələsgərov deyib.

Daha sonra bitərəf deputatların MSK-ya göndərəcəkləri nümayəndələrin namizədliyi məsələsi müzakirə olunub.

Təvəkküloğlunun sözlərinə görə, hazırda MSK katibi vəzifəsini tutan Məmmədov Natiq Seyfulla oğlunun namizədliyi hakim Yeni Azərbaycan Partiyası ilə, Muxtarova Arifə Ağaverdi qızının namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılmalıdır. Bitərəf deputatlar Həsənov Tofiq Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Nazirov Nizami Hüseyn oğlu, Tağıyev Azər Cabir oğlu və əvəzedici qismində Adilov Nadir Adil oğlunun namizədliyi razılaşdırılıb.

İclasda iştirak edən millət vəkilləri namizədlər haqqında fikirlərini bildiriblər və sonra adları çəkilən şəxslərin namizədlikləri təsdiqlənib. Bu məsələnin Milli Məclisin iclasında müzakirə olunması tövsiyə edilib.

Azərbaycanın seçki qanunvericiliyinə əsasən, MSK hər beş ildən bir, parlament seçkilərindən sonra yenidən formalaşdırılır. MSK-nın 18 üzvündən 6 nəfəri parlamentdə çoxluq təşkil edən partiyanın nümayəndələri, 6 nəfəri azlıq təşkil edən partiyaların, digər 6 nəfər isə bitərəf deputatların nümayəndələrindən ibarət olur.

Xəbər lenti

Xəbər lenti