...

Azərbaycan Prezidenti Fələstin səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında sazişi təsdiq edib

Siyasət Materials 14 Fevral 2011 20:17 (UTC +04:00)
Azərbaycan Prezidenti Fələstin səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında sazişi təsdiq edib
Azərbaycan Prezidenti Fələstin səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında sazişi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il yanvarın 31-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyinin fəaliyyətinə maddi-texniki yardım göstərilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən sazişin həyata keçirilməsini təmin etmək, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Fələstin Dövləti tərəfini xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti