...

Azərbaycanda Latviya, Sloveniya, Estoniya və Macarıstana viza alınması şərtləri açıqlanıb

Siyasət Materials 15 Fevral 2011 15:35 (UTC +04:00)
Latviyanın Azərbaycandakı səfirliyi vətəndaşlara viza verilməsi qaydaları haqqında məlumat yayıb. Latviyanın Azərbaycandakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Latviya, eləcə də Sloveniya, Estoniya və Macarıstana viza almaq üçün tələb olunan sənədlər və ərizə forması şəxsən və birbaşa səfirliyin Konsulluq şöbəsinə təqdim edilməlidir.
Azərbaycanda Latviya, Sloveniya, Estoniya və Macarıstana viza alınması şərtləri açıqlanıb

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Latviyanın Azərbaycandakı səfirliyi vətəndaşlara viza verilməsi qaydaları haqqında məlumat yayıb. Latviyanın Azərbaycandakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Latviya, eləcə də Sloveniya, Estoniya və Macarıstana viza almaq üçün tələb olunan sənədlər və ərizə forması şəxsən və birbaşa səfirliyin Konsulluq şöbəsinə təqdim edilməlidir.

Şengen Vizası almaq üçün təhvil verilmiş sənədlərin baxılması üçün tələb olunan məbləğ 60 avrodur (6 yaşadək uşaqlar üçün pulsuz, 6 yaşdan 12 yaşadək olan uşaqlar üçün isə 35 avro). Bu məbləğ sənədlər Konsulluq şöbəsinə təqdim edilən gün bankda Latviya Respublikası səfirliyinin hesabına köçürülməlidir. Viza verilmədiyi halda bu məbləğ geri qaytarılmır.

Səbəbindən asılı olmayaraq, əlavə ödəniş tələb olunarsa, bu barədə səfirliyə (tel.: 436 67 77) dərhal məlumat verilməsi xahiş olunur.

Xəbər lenti

Xəbər lenti