Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteni təbrik edib. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Milli bayramınız - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Litva arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün dinamik inkişaf yolundadır. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.
İlham Əliyev Dalya Qribauskayteyə ən xoş arzularını yetirib, dost Litva xalqına sülh və rifah diləyib.