...

Bakıda Küveyt Dövlətinin müstəqilliyinin 50-ci ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 24 Fevral 2011 20:06 (UTC +04:00)
Cümə axşamı Bakıda Küveyt Dövlətinin müstəqilliyinin 50-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Bakıda Küveyt Dövlətinin müstəqilliyinin 50-ci ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir T.Hacıyev/

Cümə axşamı Bakıda Küveyt Dövlətinin müstəqilliyinin 50-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Küveytin Azərbaycandakı səfiri Ğəssan Yusif əl-Zəvavi bildirib ki, öz 50 yaşını qeyd edən Küveyt Dövlətinin həyata keçirdiyi ən önəmli iş 50 il bundan qabaq xalqın və hakimiyyətin birgə səyləri ilə hazırlanmış ölkə konstitusiyasıdır.

"Konstitusiya əsasında qanunvericilik, məhkəmə və icra hakimiyyətləri bir-birindən ayrılıblar", - o deyib.

Səfir bildirib ki, bu, müasir Küveyt təcrübəsində ən təqdirəlayiq hadisədir.

Daha sonra səfir Ğəssan Yusif əl-Zəvavi Azərbaycan və Küveyt münasibətlərindən söhbət açıb.

Bildirib ki, son illər Azərbaycan-Küveyt əlaqələri inkişaf edir. "Bu da hər iki ölkənin siyasi rəhbərliyinin bu əlaqələri daha yüksək səviyyəyə qaldırmaq və inkişaf etdirmək əzminin bariz nümunəsidir", - səfir vurğulayıb.

Tədbirdə çıxışı zamanı Azərbaycan-Küveyt əlaqələrinin gündən-günə inkişaf etdiyini deyən təhsil naziri Misir Mərdanov iki ölkə arasında təhsil sahəsində də münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti