Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə birgə tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına uyğun olaraq hərbçilərimiz martın 9-dan noyabrın 22-dək ABŞ-da Səhra Artilleriyası təməl kursunda iştirak edəcək.
Martın 9-dan iyunun 16-dək isə ABŞ-da Hərbi Dəniz Qüvvələri Komanda Qərargah Akademiyasında təhsil alacaqlar.
Azərbaycan hərbçiləri gələn aydan etibarən müxtəlif müddətlərdə Çexiyada, Almaniyada, Pakistanda, Türkiyədə müxtəlif istiqamətlər üzrə kurs və təlimlərə də qatılacaqlar.