...

Norveç şahzadəsi Azərbaycana səfər edəcək

Siyasət Materials 14 Mart 2011 15:49 (UTC +04:00)
Norveç şahzadəsi Haakon Maqnusun Azərbaycana səfəri planlaşdırılıb. Bu barədə bazar ertəsi Trend-ə Norveçin Azərbaycandakı səfirliyindən bildirilib.
Norveç şahzadəsi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 14 mart /Trend/

Norveç şahzadəsi Haakon Maqnusun Azərbaycana səfəri planlaşdırılıb. Bu barədə bazar ertəsi Trend-ə Norveçin Azərbaycandakı səfirliyindən bildirilib. Səfirliyin məlumatına əsasən, şahzadə iyunda Azərbaycana səfər edəcək.

Maqnus paytaxta iyunun 7-dən 10-dək keçiriləcək XVIII "Neft və qaz, Xəzərin neft emalı və neft kimyası" Beynəlxalq sərgi və konfransında iştirak etmək üçün gələcək.

Şahzadə ilə birlikdə Bakıya yüksəkvəzifəli məmurların, o cümlədən neft və energetika nazirinin daxil olduğu nümayəndə heyətinin gələcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti