...

Azərbaycanın birinci vitse-spikeri beynəlxalq tədbirdə iştirak etmək üçün Gürcüstana gedəcək

Siyasət Materials 18 Mart 2011 15:46 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov və millət vəkili Siyavuş Novruzov beynəlxalq tədbirdə iştirak etmək üçün Gürcüstana gedəcək.
Azərbaycanın birinci vitse-spikeri beynəlxalq tədbirdə iştirak etmək üçün Gürcüstana gedəcək

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov və millət vəkili Siyavuş Novruzov beynəlxalq tədbirdə iştirak etmək üçün Gürcüstana gedəcək. Trend-in Milli Məclisin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 23-dən 25-dək Tbilisidə NATO Parlament Assambleyasının 76-cı "Rouz-Rout" seminarı keçiriləcək.

Seminarda qlobal müstəvidə Qafqazın yeri, Gürcüstanın Avroatlantik inteqrasiyası, bu ölkənin demokratikləşmə perspektivləri, media və vətəndaş cəmiyyəti, daxili siyasi inkişaf prosesləri və konstitusiya islahatı, regional təhlükəsizlik modeli, həmçinin, digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti