...

Akademik Ramiz Mehdiyevin əsərlərinin xülasəsi ABŞ-da nəşr olunan "Philosopher's İndex" məcmuəsinə daxil edilib

Siyasət Materials 19 Mart 2011 10:14 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərlərinin xülasəsi Beynəlxalq İndeks Mərkəzinin ABŞ-da nəşr olunan "Philosopher's İndex" məcmuəsinə daxil edilib
Akademik Ramiz Mehdiyevin əsərlərinin xülasəsi ABŞ-da nəşr olunan "Philosopher's İndex" məcmuəsinə daxil edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərlərinin xülasəsi Beynəlxalq İndeks Mərkəzinin ABŞ-da nəşr olunan "Philosopher's İndex" məcmuəsinə daxil edilib.

Trend-in məlumatına görə, ölkəmizdə elmin inkişafının mühüm göstəricilərindən biri də Azərbaycan alimlərinin əsərlərinin beynəlxalq miqyasda tanınmış jurnallarda çap olunmasıdır. Beynəlxalq elmi mərkəzlər mühüm elmi nəticələri əks etdirən araşdırma və tədqiqatlar haqqında məlumat verir və bütün dünya alimləri bu nəticələrlə tanış olmaq imkanı əldə edirlər.
"Philosopher's İndex" beynəlxalq fəlsəfə məcmuəsində (2010, № 4) akademik R.Mehdiyevin iki əsəri haqqında məlumat dərc olunmuşdur.

Məcmuədə Ramiz Mehdiyevin "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" əsərinin qısa xülasəsi verilmiş, qaldırılan problemlərin məğzi açıqlanmışdır. Qeyd edilmişdir ki, məqalədə müasir Azərbaycanın inkişaf yolu elmi-nəzəri səviyyədə təhlil olunur, demokratiya inkişafın açarı olmaqla, ictimai-siyasi sabitliyin və dinamik iqtisadi tərəqqinin də mühüm bir amili kimi qəbul edilir.

Akademik Ramiz Mehdiyevin "Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair" adlı məqaləsində ("Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı, 2009, № 2) qaldırılan məsələlər də beynəlxalq fəlsəfi fikrin diqqət mərkəzinə çəkilmişdir. Məqaləyə ingilis dilində verilmiş xülasədə postsovet ölkələrində kommunist ideologiyasından imtina edildikdən sonra yaranmış ideya boşluğunun hansı yeni təlimlə doldurulması, bu məsələdə Şərq və Qərb fəlsəfi fikir ənənələrinin nəzərə alınmasının xüsusiyyətləri araşdırılmışdır.
Görkəmli filosof alim R.Mehdiyevin rəhbərliyi ilə nəşr olunan "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının beynəlxalq miqyasda tanınması bu jurnalda dərc edilən digər məqalələrə də böyük maraq yaradır. Təsadüfi deyil ki, "Philosopher's İndex" məcmuəsinin növbəti nömrələrində Azərbaycan fəlsəfi fikrindəki yeniliklərə, mühüm tədqiqatlara yer ayrılması nəzərdə tutulmuşdur.

Xəbər lenti

Xəbər lenti