...

Koalisiyanın hava zərbələri Qəddafi qüvvələrini Misrat şəhərinin atəşə tutulmasını dayandırmağa məcbur edib

Siyasət Materials 23 Mart 2011 16:27 (UTC +04:00)
Koalisiya qüvvələrinin hava zərbələri Liviya qoşunlarını üsyançıların nəzarətində olan ölkənin qərbindəki Misrat şəhərinin atəşə tutulmasını dayandırmağa məcbur edib. Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi hadisə şahidinə istinadən xəbər verib.
Koalisiyanın hava zərbələri Qəddafi qüvvələrini Misrat şəhərinin atəşə tutulmasını dayandırmağa məcbur edib

Koalisiya qüvvələrinin hava zərbələri Liviya qoşunlarını üsyançıların nəzarətində olan ölkənin qərbindəki Misrat şəhərinin atəşə tutulmasını dayandırmağa məcbur edib. Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi hadisə şahidinə istinadən xəbər verib.

Yerli sakinin məlumatına görə, çərşənbə gününə keçən gecə hökumətyönlü silahlı qruplaşmaların yerləşdiyi yerlərə azı iki hava zərbələrinin endirilməsi Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələri şəhərin tank və səhra artilleriyası silahlarından atəşə tutulmasını dayandırmağa məcbur edib.

"Onlar (Qəddafi qüvvələri) hava zərbəsindən sonra heç bir dəfə də atəş açmayıblar", - "Reyter" mənbənin sözlərinə istinad yazır.

Zərbə endirən təyyarələrin kimə məxsus olduğu və tipi barədə məlumat verilmir.

Bazar ertəsindən etibarən Qəddafi qüvvələri üsyançıların müdafiə etdikləri Misrat şəhərinə artilleriya zərbələri endirir. Çərşənbə axşamı müxalifət qüvvələrinin nümayəndəsi "əl-Cəzirə" peyk telekanalına bildirib ki, ölənlərin sayı 40 nəfəri ötüb.

Üsyançıların nümayəndəsinin sözlərinə görə, Qəddafi qüvvələri yaşayış yerlərini artilleriyadan atəşə tuturlar. Sakinlər dünən Liviya hakimiyyətinin Misrat sakinlərinə "normal həyat yaşamaq və öz təhlükəsizliyinə görə narahat olmamaq" vədlərinə baxmayaraq, şəhəri tərk edə bilmirlər.

Bununla belə, beynəlxalq koalisiya qüvvələri Liviyanın şərqində, eləcə də Tripoli və Sirtdəki Liviya liderinin nəzarəti altında olan hərbi obyektlərə hava zərbələri endirirlər. Liviya hakimiyyəti hava hücumları nəticəsində çoxlu insan tələfatı və xəsarət alanlar barədə məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti