...

Azərbaycan Prezidenti Banqladeşin Müstəqillik günü münasibətilə bu ölkənin prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 25 Mart 2011 11:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmana təbrik məktubu göndərib, məlumatı AzərTAc agentliyi yayıb.
Azərbaycan Prezidenti Banqladeşin Müstəqillik günü münasibətilə bu ölkənin prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmana təbrik məktubu göndərib, məlumatı AzərTAc agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, Azərbaycan ilə Banqladeş arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və rifah diləyirəm", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti