...

Qəddafi istefa verməlidir - Türkiyə Prezidenti

Siyasət Materials 26 Mart 2011 14:04 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül Qabonda bu ölkənin rəhbəri ilə görüşündən sonra verdiyi açıqlamada Liviya lideri Müəmmər Qəddafinin istefa etməli olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İhlas" xəbər agentliyi məlumat verib.
Qəddafi istefa verməlidir - Türkiyə Prezidenti

Azərbaycan, Bakı, 26 mart /Trend/

Türkiyə Prezidenti Abdullah Gül Qabonda bu ölkənin rəhbəri ilə görüşündən sonra verdiyi açıqlamada Liviya lideri Müəmmər Qəddafinin istefa etməli olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "İhlas" xəbər agentliyi məlumat verib.

"Liviya lideri ölkənin daha çox ziyan çəkməməsi üçün həm dəyişikliyə imkan yaratmalı, həm də istefa verməlidir", - Gül bildirib.

Martın 17-də BMT Təhlükəsizlik Şurası Liviya üzərindən uçuşları qadağan edən və ölkədəki vəziyyətə hərbi müdaxiləni nəzərdə tutan 1973 saylı qətnamə qəbul edib.

Hərbi əməliyyatlar şənbə günündən başlayıb. Həmin əməliyyatlarda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Kanadanın hərbi qüvvələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti