...

Azərbaycan XİN rəhbəri Meksikada ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib (FOTO)

Siyasət Materials 30 Mart 2011 13:09 (UTC +04:00)
Azərbaycan XİN rəhbəri Meksika rəsmiləri ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.
Azərbaycan XİN rəhbəri Meksikada ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycan XİN rəhbəri Meksika rəsmiləri ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikaya ilk rəsmi səfərinin ikinci günü Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və Palatanın Beynəlxalq əlaqələr komitəsinin sədri Porfirio Munyoz Ledo ilə görüşüb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-dən bildirilib.

Məmmədyarovla görüşdə Meksika Konqresinin deputatları Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət və təhsil, iqtisadi, ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini bildiriblər.

Görüş zamanı Məmmədyarov Meksikaya səfəri çərçivəsində keçirilmiş görüşlərdən söz açaraq, Azərbaycanın xarici siyasətinin prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri, Azərbaycanda davam edən iqtisadi proseslər, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, bir milyondan artıq Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün olması və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verib.

Nazir Meksika Senatının dəvəti ilə senatorlarla birgə Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli münasibətləri mövzusunda "dəyirmi masa"da da iştirak edib.

Xəbər lenti

Xəbər lenti