...

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq keçirməklə bağlı məktubuna cavab verib

Siyasət Materials 31 Mart 2011 14:47 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq keçirməklə bağlı məktubuna cavab verib.
Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq keçirməklə bağlı məktubuna cavab verib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq keçirməklə bağlı məktubuna cavab verib. Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun cümə axşamı Trend-ə verdiyi məlumata görə, İcra Hakimiyyətindən daxil olan məktubda qeyd olunub ki, Bakı şəhərində Nərimanov kinoteatrının qarşısında kütləvi aksiya keçirmək məqsədəuyğun hesab edilməyib.

İcra Hakimiyyəti İctimai Palataya mitinq keçirmək üçün Səbail rayonunda Bibiheybət məscidinin yaxınlığında yerləşən meydanı tövsiyə edib.

İctimai Palata aprelin 2-də kütləvi aksiya keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti