...

Azərbaycanın iqtidaryönlü partiyasının sədr müavininin partiyada fəaliyyəti dayandırılıb

Siyasət Materials 31 Mart 2011 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Ana Vətən Partiyasının sədrinin təşkilati məsələlər üzrə müavini Etibar Quliyevin cümə axşamı partiyada fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib.

Trend-in məlumatına görə, AVP-nin mətbuat xidmətindən bildiriblər ki, partiyanın Mərkəzi Şurasının cümə axşamı keçirilən yığıncağında Etibar Quliyevin partiyada fəaliyyətinin dayandırılması haqqında qərar onun Mərkəzi Seçki Komissiyasına üzv seçildiyinə görə qəbul edilib.

Toplantıda Mərkəzi Şura həmçinin Azərbaycandakı ictimai-siyasi durumun hər hansı narahatçılıq törətmədiyini, sabitliyin pozulmasına səbəb ola biləcək mühitin mövcud olmadığını önə çəkib, radikal müxalifətin son vaxtlar fəallaşmaq görüntüsü yaratması, eyni zamanda, radikal müxalifətlə radikal dini qruplaşmalar arasında alyansın törədə biləcəyi fəsadların detalları üzərində dayanıb, xalqı radikal qüvvələrin avantürasına və antimilli hərəkətlərə qoşulmamağa səsləyib.

Xəbər lenti

Xəbər lenti