...

Bakı forumu dünyada mədəniyyətlərarası dialoqun vəziyyətini qiymətləndirməyə kömək edəcək - Robert Palmer

Siyasət Materials 7 Aprel 2011 15:01 (UTC +04:00)
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada mədəniyyətlərarası dialoqun vəziyyətini qiymətləndirməyə kömək edəcək. Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer bu fikirdədir.
Bakı forumu dünyada mədəniyyətlərarası dialoqun vəziyyətini qiymətləndirməyə kömək edəcək - Robert Palmer

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir V.Javoronkova/

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada mədəniyyətlərarası dialoqun vəziyyətini qiymətləndirməyə kömək edəcək. Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer bu fikirdədir.

"Mədəniyyətlərarası dialoq uzun prosesdir və mən şadam ki, Azərbaycan hökuməti buna bənzər görüşlərin keçirilməsi vasitəsilə bu proseslərdə yaxından iştirak etmək istəyir", - Palmer cümə axşamı Bakıda Trend-ə bildirib.

"Bakı forumu qlobal xarakter daşıyır, ilk dəfədir ki, biz müxtəlif hökumətlər, Mədəniyyət nazirlikləri, şəhərlər, ekspertlər, incəsənət xadimləri, gənclərin nümayəndələrinin timsalında çoxlu sayda tərəfdaşı bir yerə toplamağa çalışmışıq. Bu forum bizə indiki mədəniyyətlərarası dialoqun vəziyyətini qiymətləndirməyə, təcrübə mübadiləsi etməyə, gələcək birgə təşəbbüsləri müəyyənləşdirməyə kömək edəcək", - Palmer vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan təkcə regionda deyil, həm də bütün Avropada və dünyada başlıca rol oynamağa səy göstərir. Azərbaycan bir sıra təşəbbüslərdə özünü belə oyunçu qismində göstərir.

Cümə axşamı Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forumun işində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. Forum sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub.

Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb.

Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq.

Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer sədrlik edəcəklər.

Mədəniyyətlərarası dialoqun aparılmasında qadının rolu sessiyanın üçüncü forumu zamanı müzakirə ediləcək. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Xəbər lenti

Xəbər lenti