...

Müasir Müsavat Partiyası mitinq qərarı verib

Siyasət Materials 7 Aprel 2011 16:40 (UTC +04:00)
Müasir Müsavat Partiyası (MMP) mitinq qərarı verib. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar partiyanın İdarə Heyətinin cümə axşamı keçirilən iclasında qəbul olunub.
Müasir Müsavat Partiyası mitinq qərarı verib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/

Müasir Müsavat Partiyası (MMP) mitinq qərarı verib. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qərar partiyanın İdarə Heyətinin cümə axşamı keçirilən iclasında qəbul olunub. İclasda partiyanın Mitinq Komitəsinin üzvləri və rayon təşkilatlarının sədrləri, həmçinin, fəal gənclər iştirak edib.

Toplantıda martın 15-də Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) qarşısında keçirilmiş icazəsiz mitinqin nəticələri müzakirə edilib. Müzakirələr zamanı yaxın gələcəkdə partiyanın növbəti aksiya keçirməsi gündəmə gətirilib. Mitinq Komitəsi bu dəfə aksiyanın keçirilməsində gənc fəallardan kömək istəyib. Fəal MMP-çilər gələcəkdə keçiriləcək hər hansı bir aksiyanın təşkilində və keçirilməsində fəal olacaqlarına söz veriblər.

Toplantıda həmçinin MMP-nin yaxın zamanlarda planlaşdırdığı aksiyanın tarixinin müəyyənləşməsi, texniki və təşkili məsələlərinə yenidən nəzər yetirilib. Bundan sonra aksiyanın vaxtının müəyyənləşməsi məsələsi müzakirəyə çıxarılıb.

MMP yaxın tarixdə mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə yenidən müraciət edəcək. BŞİH razılıq cavabı verdikdən sonra mitinqin vaxtı və yeri mətbuata açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti