...

Pentaqonun Təhdidlərin azaldılması Agentliyinin direktorunun Azərbaycana səfəri planlaşdırılır - səfir

Siyasət Materials 8 Aprel 2011 16:06 (UTC +04:00)
Pentaqonun Təhlükəsizlik sahəsində təhdidlərin azaldılması Agentliyinin direktoru Kennet Mayersin gələn həftə Azərbaycana səfəri planlaşdırılır.
Pentaqonun Təhdidlərin azaldılması Agentliyinin direktorunun Azərbaycana səfəri planlaşdırılır - səfir

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir V.Javoronkova/

Pentaqonun Təhlükəsizlik sahəsində təhdidlərin azaldılması Agentliyinin direktoru Kennet Mayersin gələn həftə Azərbaycana səfəri planlaşdırılır. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

"Səfərin məqsədi təhlükəsizlik təhdidlərinin qarşısının alınması sahəsində Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmləndirilməsidir, - Brayza bildirib. - Azərbaycan ABŞ-ın başlıca tərəfdaşlarından biridir və Vaşinqton bunu yüksək qiymətləndirir".

Səfirin sözlərinə görə, Mayers uzun illərdir region üzrə ekspertdir və senator Riçard Luqarla işləyir.

Xəbər lenti

Xəbər lenti