...

Çərşənbə axşamı Pentaqonun Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin direktorunun Azərbaycana səfəri başlayır

Siyasət Materials 11 Aprel 2011 13:35 (UTC +04:00)
Çərşənbə axşamı, aprelin 12-də Pentaqonun Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) direktoru Kennet Mayersin Azərbaycana səfəri başlayır. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Çərşənbə axşamı Pentaqonun Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin direktorunun Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir V.Javoronkova/

Çərşənbə axşamı, aprelin 12-də Pentaqonun Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DTRA) direktoru Kennet Mayersin Azərbaycana səfəri başlayır. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Səfərdə məqsəd təhlükəsizlik hədələrinə müqavimət göstərmək sahəsində Azərbaycanla ABŞ arasında əlaqələrin möhkəmləndirilməsidir. Azərbaycan hökuməti ABŞ-ın əsas tərəfdaşlarından biridir və Vaşinqton bunu yüksək qiymətləndirir", - bir az əvvəl Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Səfirin sözlərinə görə, Mayers uzun illər ərzində region üzə ekspertdir və senator Riçard Luqarla çalışır.

Xəbər lenti

Xəbər lenti