...

Azərbaycanın müxalifət partiyası Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini təqdir edib

Siyasət Materials 11 Aprel 2011 16:42 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyası Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini təqdir edib.
Azərbaycanın müxalifət partiyası Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini təqdir edib

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat Partiyası Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini təqdir edib. Trend-in məlumatına görə, bu məsələ ADP İdarə Heyətinin bazar ertəsi keçirilən toplantısında müzakirə olunub.

İdarə Heyətinin üzvləri mədəniyyətlərarası dialoq çərçivəsində Bakıda keçirilən tədbirin ümumbəşəri mədəniyyətin inkişafına və ayrı-ayrı etnik və dini mədəniyyətlərin yaxınlaşaraq vahid insani mövqedən çıxış etməsinə töhfə olacağına əminliyini ifadə edib. Eyni zamanda, tədbirə qatılan xristian dünyasının təmsilçisi olan nümayəndələrin işğal olunmuş Azərbaycan ərazilərində maddi və mədəniyyət abidələrini yerlə yeksan edən erməni vandalizminə qarşı susqunluq nümayiş etdirməsini pisləyən partiya üzvləri bu cür tədbirlərin formal deyil, mədəniyyətlərin qoruması kimi ali məqsədə xidmət edən mahiyyət üzrə keçirilməsinin tərəfdarı olduğunu bəyan edib.

Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və partiya həyatına aid bir sıra məsələlər əsas müzakirə obyekti olub. İlk növbədə, diqqəti Yunanıstan Prezidentinin ölkəmizə səfərinin nəticələrinə çəkən İdarə Heyətinin üzvləri iki ölkə arasında qarşılıqlı dostluq və əməkdaşlıq baxımından bu səfərin əhəmiyyətini qeyd etsə də, türk dünyasına qarşı Ermənistanla həmrəy siyasət yeridən bu ölkə ilə əldə edilən qaz anlaşmasını qardaş Türkiyənin regiondakı nüfuzuna mənfi təsir etməsi və Azərbaycanın beynəlxalq siyasətdə təklənməsi baxımından məqbul hesab etməyib və hakimiyyəti bu cür anlaşmalarda siyasi mövqeləri ölkəmizlə üst-üstə düşən qardaş Türkiyə ilə vahid mövqedən çıxış etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti