Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Milli Məclisi cümə günü keçirilən iclasında Malta ilə əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupunun yeni tərkibini təsdiq edib.
Parlamentlərarası işçi qrupunun sədri deputat Qüdrət Həsənquliyev təyin edilib.
Bundan əvvəl Həsənquliyev Belçika ilə əməkdaşlıq üzrə parlamentlərarası işçi qrupuna rəhbərlik edib.
Onun yerinə Elxan Süleymanov təyin edilib.