...

Urmiyada Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin birgə bəyannaməsi qəbul edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 16 Aprel 2011 21:27 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyadakı üçtərəfli görüş zamanı birgə bəyənnamə qəbul edilib
Urmiyada Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin birgə bəyannaməsi qəbul edilib (ƏLAVƏ OLUNUB)

Birgə bəyənnamənin bəndləri əlavə olunub (İlk xəbər 20:48-də yayılıb)

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyadakı üçtərəfli görüş zamanı birgə bəyənnamə qəbul edilib, Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Bəyannamə doqquz bəndən ibarətdir.

1. Hər üç ölkədə iqtisadi artımın gücləndirməsi və inkişaf etdirilməsi habelə yaşayış səviyyəsinin artırılmasının və tərəqqinin təmin edilməsi məqsədilə tərəflər ticarət, sənaye, investisiyalar, nəqliyyat, kommunikasiyalar, enerji, elm, texnologiaya və turizm kimi müxətlif sahələrdə müştərək layihələr həyata keçirəcəklər.

2. Üçtərəfli sərfəli ticarət sazişinin bağlanması, gömrük prosedurlarının asanlaşdırılması, sərhəd keçidlərinin müasirləşdirilməsi və müxətlif iqtisadi və ticarət sahələrində fəaliyyət göstərmək üçün üç ölkə tərəfindən üçtərəfli müştərək şirkətlərin təsis edilməsi məqsədilə üç ölkənin xüsusi nümayəndələrinin iştirakı ilə üçtərəfli iqtisadi komissiya yaradılacaqdır.

3. Səfərlərin asanlaşdırılması və üç ölkənin xalqları arasında əlaqələrin genişləndirilməsi məqəsdilə üç ölkənin Konsulluq məsələləri üzrə məsul rəsmilərinin iştirakı ilə üçtərəfli komissiya yaradılacaqdır.

4. Üç ölkə xalqlarının zəngin mədəni irsinin nümayiş etdirilməsi məqsədilə müştərək mədəni proqlamların təşkili, o cümlədən mədniyyət tədbirlərinin keçirilməsi və məşhur mədəniyyət xadimlərinin təntəli təqdimatı.

5. Üç ölkənin təhlükəsizlik təşkilatları terrorizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq, silah, narkotik maddələr, insan qaçaqmalçılığı və həmçinin mühacirlərin qeyri-qanuni keçirilməsinə qarşı mübarizənin aparılması məqsədilə birgə tədbirlər görəcəklər.

6. Üç ölkə Xarici İşlər Nazirləri səviyyəsində və BMT, İKT və İƏT kimi regional və beynəlxalq təşkilatlar çərçivəsində mühüm qlobal və regional məsələlərlə bağlı məsləhətləşmələrini davam etdirəcəklər.

7. Regionda baş verən hadisələrlə bağlı, üç ölkə ictimaiyyətə qarşı törədilən zorakılığı pisləyir, xalqların hüquqlarına hörmət edilməli olduğunu və onların qanuni, dinc və ictimai tələblərinin yerinə yetirilməli olduğunu ifadə edir.

8. Tərəflər region xalqları arasında təmasların vacib əhəmiyyət kəsb etdiyini qeyd edir və sərhəd boyu səfərləri, ticarəti, kommunikasiyaları, nəqliyyatı və turizmi təşviq edir və dəstəkləyir.

9. Növbəti görüş 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti