...

Azərbaycan, Türkiyə və İran Urmiya görüşündə sərhədlərə üstün gəlib - Davudoğlu

Siyasət Materials 17 Aprel 2011 10:00 (UTC +04:00)
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bilidirib ki, Azərbaycan, Türkiyə və İran XİN-in görüşü zamanı tərəflər sərhədələrə üstün gəlib. Bu barədə məlumatı İRNA xəbər agentliyi yayıb.
Azərbaycan, Türkiyə və İran Urmiya görüşündə sərhədlərə üstün gəlib - Davudoğlu

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bilidirib ki, Azərbaycan, Türkiyə və İran XİN-in görüşü zamanı tərəflər sərhədələrə üstün gəlib. Trend-in məlumatına görə, bu barədə məlumatı İRNA xəbər agentliyi yayıb.

Davudoğlu görüşdən sonra jurnalistlərə bildirib ki, Urmiyada keçirilmiş görüş Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üç ölkənin tarixində mühüm bir cəhət olacaq birgə iclaslarının başlanğıcıdır.

Nazir görüşü müsbət qiymətləndirib. O əlavə edib ki, bu görüş üç ölkənin münasibətlərinin genişləndirilməsində əhəmiyyətli və tarixi bir addımdır.

Davudoğlunun sözlərinə görə, bu cür görüşlər hər altı aydan bir keçiriləcək.

Şənbə günü Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyadakı üçtərəfli görüş zamanı birgə bəyənnamə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti