...

İctimai Palatanın yaranarkən bəyan etdiyi məqsədlərlə indi gördüyü işlər arasında böyük fərq var - Sərdar Cəlaloğlu

Siyasət Materials 21 Aprel 2011 11:02 (UTC +04:00)
İctimai Palatanın yaranarkən bəyan etdiyi məqsədlərlə indi gördüyü işlər arasında böyük fərqlər var. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
İctimai Palatanın yaranarkən bəyan etdiyi məqsədlərlə indi gördüyü işlər arasında böyük fərq var - Sərdar Cəlaloğlu

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxir T.Hacıyev/

İctimai Palatanın yaranarkən bəyan etdiyi məqsədlərlə indi gördüyü işlər arasında böyük fərq var. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

"İctimai Palata "kölgə parlamenti" vəzifəsini yerinə yetirmək üçün yaradılmışdı, lakin mitinq komitəsi səviyyəsinə enib. Buna görə də uğursuzluğa düçar olur", - Cəlaloğlu əlavə edib.

O hesab edir ki, mitinqlər ölkənin siyasi həyatında ciddi hadisə baş verdiyi zaman effektli olur.

"Məsələn, mitinqlər seçkilərdən sonra keçirilsəydi, Qarabağ münaqişəsi ilə bağlı hakimiyyət Azərbaycana sərf etməyən bir güzəştə getməyə hazırlaşsaydı və ya ölkədə hər hansı sosial-iqtisadi problem olsaydı, o zaman mitinq keçirmək də effektli olardı. Hazırda yuxarıda sadalanan halların heç biri müşahidə edilmədiyindən, mitinqlərin effektli olmasından söhbət gedə bilməz. İctimai Palatanın indiki məqamda mitinq keçirməsi, sadəcə olaraq, mitinq keçirmək xatirinə atılan addımdır", - o vurğulayıb.

ADP sədri onu da bildirib ki, yaxın Şərq inqilablarının fonunda mitinq keçirməyi məqsəd seçməyin özü düzgün deyil. O hesab edir ki, indiki halda müxalifətin əsas məqsədi siyasi dəyişikliklər əldə etmək olmalıdır.

"Müxalifətin mitinq keçirmək qabiliyyətini nümayiş etdirməsi günün tələbinə uyğun deyil", - Cəlaloğlu deyib.

Onun sözlərinə görə, müxalifətin bu aksiyaları keçirməkdə əsas məqsədi öz varlığını xalqa və beynəlxalq ictimaiyyətə göstərmək idi və bu məqsədə artıq nail olunub.

"Bundan sonra başqa vəzifələr yerinə yetirilməlidir. Bu vəzifələr müxalifətin vahid güc mərkəzinin yaradılması, beynəlxalq birliyin dəstəyinə nail olunması, müəyyən proqramlar və konsepsiyaların hazırlanmasıdır", - Cəlaloğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti