...

Azərbaycan Prezidenti Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 22 Aprel 2011 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan Prezidenti Çernobıl qəzası nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım göstərilsin; bu sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 100 000,0 (bir milyon yüz min) manat məbləğində vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza nəticəsində böyük bir ərazi xarabalığa çevrilib, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalmış, çarəsiz xəstəliyə düçar olub.

Həmin qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı zərər çəkib, ötən müddət ərzində onların bir çoxu dünyasını dəyişib.

Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib. 1993-cü ildə qəbul edilmiş "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.

Xəbər lenti

Xəbər lenti