...

Bakıda Xəzərin statusuna dair Konvensiyanın ayrı-ayrı müddəaları razılaşdırılıb - Xələf Xələfov (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 27 Aprel 2011 13:47 (UTC +04:00)
Bakıda prezidentlərin üçüncü sammitinin təşkilindən ötən dövr ərzində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər Xəzər dənizinin statusu üzrə Konvensiyanın layihəsini razılaşdırılması ilə bağlı danışıqlar prosesinin irəliləməsi məqsədlərinə xidmət edib.
Bakıda Xəzərin statusuna dair Konvensiyanın ayrı-ayrı müddəaları razılaşdırılıb - Xələf Xələfov (ƏLAVƏ OLUNUB) (FOTO)

İkinci abzasdan sonra Azərbaycan xarici işlər nazirinin müavininin sözləri əlavə olunub (ilk xəbər saat 13:28-də yayılıb)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir S.Ağayeva/

Bakıda prezidentlərin üçüncü sammitinin təşkilindən ötən dövr ərzində keçirilən ikitərəfli və çoxtərəfli görüşlər Xəzər dənizinin statusu üzrə Konvensiyanın layihəsini razılaşdırılması ilə bağlı danışıqlar prosesinin irəliləməsi məqsədlərinə xidmət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətləri iclasın gedişində konvensiya layihəsinin müddəalarının razılaşdırılmasını, dövlət başçılarının sonuncu sammitinin yekunları üzrə konvensiya layihəsi haqqında qəbul olunmuş protokol qərarların reallaşdıırlması üzrə məsələləri müzakirə ediblər. "Bakıda Xəzər üzrə işçi qrupun görüşü zamanı Konvensiyanın ayrı-ayrı müddəaları razılaşdırılıb", - Xələfov bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində tərəflər konvensiya-çərçivə sənədi üzərində işlərlə bağlı müəyyən irəliləyişlərə nail olublar.

"Eyni zamanda, bir sıra məsələlər indiyədək açıq qalıb, onların arasında gəmiçilik, hərbi fəaliyyət, təhlükəsizlik məsələləri var", - Xələfov bildirib.

Nazir müavininin sözlərinə görə, Azərbaycan tərəfi dövlət başçılarının bu məsələlərə dair dördüncü sammitində irəliləyişlərə nail olunacağına ümid edir.

O deyib ki, sammitin gündəliyi işçi qrupun Moskvada növbəti görüşü zamanı hazırlanacaq.

Türkmənistan, Rusiya və İranın nümayəndə heyətlərinin rəhbərləri də Bakıdakı iclasın gedişində konvensiya üzərindəki işlərdə irəliləyişlərin əldə olunduğunu qeyd ediblər.

Tərəflər iclasın yekunlarını müsbət qiymətləndiriblər. Onların fikrincə, bu iclas konvensiya layihəsinin hazırlanmasına töhfə verəcək.

Xəzərin hüquqi statusuna dair Konvensiyanın işlənməsi üzrə işçi qrupun iclasında iclasın yekunları üzrə kommunike qəbul edilib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti