...

Azərbaycan Prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

Siyasət Materials 27 Aprel 2011 18:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Böyük Britaniyanın BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib.
Azərbaycan Prezidenti BP şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Böyük Britaniyanın BP şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Robert Dadli icrada olan layihələr üzrə işlərin gedişi barədə Azərbaycan Prezidentinə məlumat verib.

Görüşdə əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi də aparılıb.

Xəbər lenti

Xəbər lenti